AZ

Ukrayna ordusu Pokrovskda uğur qazanıb, Zelenski alqışladı – Rus əsgərləri təslim olur... + VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı ordunun cəbhə xəttində əldə etdiyi yaxşı nəticələri tərifləyib. 

“AzPolitika” xəbər verir ki, o, hansı naliyyətdən və bunun harada baş verməsindən bəhs etməyib.

Prezident ənənəvi axşam videomüraciətində 425-ci əlahiddə hücum alayının əməliyyatlarını yüksək qiymətləndirib. Müşahidəçilərə görə, Zelenskinin dediyi əməliyyatlar cəbhəyanı Pokrovsk şəhərindən çox da uzaqda baş verməyib.

“Coğrafiyanı təsvir etmək düzgün olmazdı. Mən buna siyasi əhəmiyyət verməyəcəyəm, amma 425-ci əlahiddə hücum alayının əsgərlərini təbrik etmək istəyirəm. Gücünüz açıq-aydındır və vacibdir. Yaşayın”, - o qeyd edib.

Artıq bir neçə həftədir ki, rus qoşunları Pokrovska doğru irəliləməyə çalışır. Rusiya Müdafiə Nazirliyi cümə axşamı Pokrovskdan şimal-şərqdə daha bir yaşayış məntəqəsinin tutulduğunu açıqlayıb.

Zelenskinin optimist açıqlaması şəhər ətrafında intensiv döyüşlərin və Ukraynanın rus qoşunlarını geri oturtmaq cəhdləri barədə xəbərlərdən sonraya təsadüf edir..

Bu arada "Telegram" kanallarında qeyd olunan istiqamətdə rus hərbçilərinin kütləvi şəkildə əsir düşdüyünü göstərən videolar yayımlanıb. Kadrlarda əsgərlərin ağ bayraq qaldıraraq Ukrayna ordusuna təslim olduğu görünür.

“AzPolitika.info”


Seçilən
27
azpolitika.info

1Mənbələr