Bu həftə sonu Avropada bir çox derbi matçı keçiriləcək.
Onlardan biri də Türkiyə Super Liqasında olacaq. Belə ki, "Beşiktaş" və "Trabzonspor" qarşı-qarşıya gələcək. Sözügedən prinsipial matç şənbə günü saat 20:00-da start götürəcək. İstanbulda keçiriləcək matç azarkeşlər tərəfindən səbirsizliklə gözlənilir.
Maraqlıdır, "Beşiktaş" - "Trabzonspor" matçından gözləntilər nələrdir? Hansı komanda qələbəyə daha yaxındır?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, Türkiyə Super Liqasında yaşanan qalmaqallar və biabırçılıqlar matçlara da təsir edir:
"Yaşananlar özünü derbilərdə də göstərir. Hazırda "Beşiktaş" və "Trabzonspor" o qədər də yaxşı vəziyyətdə deyil. Lakin Trabzona nisbətən "Beşiktaş"da son zamanlarda bir qədər canlanma müşahidə olunur. Yeni baş məşqçi Ole-Qunnar Sulşerin gəlişi bir qədər də olsa müsbət mənada özünü göstərdi. Amma buna baxmayaraq, "Trabzonspor" haqqında hələlik bu sözləri demək mümkün deyil".
Mütəxəssis hesab edir ki, derbidə "Beşiktaş" qələbəyə daha yaxındır:
"İstanbul təmsilçisi öz meydançasında oynayacağı üçün qələbəyə daha yaxındır. "Trabzonspor" isə "Fənərbağça" və "Qalatasaray"la keçirdiyi prinsipial matçlarda məğlub olub. Düşünürəm ki, bu, "Beşiktaş" da istisna olmayacaq. Ən azından ilkin təəssürat belədir. Yəni "Beşiktaş" qələbə qazanmağa daha yaxın görünür".
Pərviz