Bakı. Trend:
Tələbələrin startap layihələrinə addım-addım cəlb edilməsiönəmlidir.
Trend xəbər verir ki, bubarədə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev YüksəkTexnologiyalar Parkı və ali təhsil müəssisələri arasında AnlaşmaSazişinin imzalanma mərasimində çıxış edərkən deyib.
O bildirib ki, layihənin uğurla icrası tələbələrdə özlərinəgüvənin yaranmasına şərait yarada bilər.
"SABAH.city layihəsi bizə təkrarçılıqdan, israfçılıqdan qaçmağaimkan verir. SABAH. city layihəsi müasir rəqəmsal layihələrintəhsil siteminə inteqrasiyası üçün çox uğurlu olacaq. Layihəninuğurla icrası üçün ən böyük məsələ keyfiyyətin qorunmasıdır. Buradatəhsilin keyfiyyəti, dürüstlüyün gözlənilməsi ən önəmliməsələlərdəndir", - deyə o əlavə edib.