Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Britaniya hakimiyyəti Rusiyanın müdafiə nazirinin müavini Pavel Fradkov, eləcə də Federal Texniki və İxrac Nəzarəti Xidmətinin direktoru Vladimir Selinə qarşı sanksiyalar tətbiq edib.