?WhatsApp? messenceri genişmiqyaslı yeniləmə təqdim edib. Qeyd edək ki, daha öncə ?WhatsApp? yalnız yaşıl tonlarda olub, indi isə dialoqdakı fonun rəngi ilə yanaşı, mesajların üslubunu da dəyişdirmək mümkündür.
Tərtibatçılar vurğulayırlar ki, etdiyiniz bütün dizayn dəyişiklikləri yalnız sizə görünür ? həmsöhbətiniz özündə standart interfeysi izləyəcək.
Çat daxilində fonun rəngini və mesajların üslubunu dəyişdirmək üçün ?Settings? bölməsindəki ?Chats? seçiminə daxil olursunuz. Orada ?Chat Theme? funksiyasını seçərək, istədiyiniz fonu tətbiq edirsiniz.
Fərdiləşdirmə rəqəmsal xidmətlərdə əsas tendensiyaya çevrilir. Növbəti yenilik yaxın zamanda təqdim ediləcək və status, o cümlədən biznes hesabların idarə edilməsinə həsr ediləcək.