AZ

Ən çox oğurlanan avtomobil modelləri bunlardır - SİYAHI

2024-cü ildə Rusiyada ən çox oğurlanan avtomobillər “Chery” və “Hyundai” olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Avtomobil Sığortaçılar İttifaqının (RASİ) aktivlərin mühafizəsi üzrə direktoru Sergey Efremov bildirib.

Onun sözlərinə görə, cəmi bir il ərzində 350 minik və yük maşını oğurlanıb:

““Chery” brendi oğurlanan avtomobillərin sayına görə birinci yerdədir. Bir avtomobil fərqi ilə daha sonra “Hyundai” markası gəlir”.

Страховщики

Efremov həmçinin qeyd edib ki, “Kia” və “Lada” markaları oğrulanan avtomobillər arasında məşhurdur.

O, hesab edir ki, avtomobillərin oğurlanmasının əsas səbəblərindən biri ehtiyat hissələrinin çatışmazlığı və onların yerli bazarlara çatdırılma müddətidir:

“Tez-tez sifarişlə oğurluq halları da olur. Bu, əsasən “Santa Fe” və “Sorento” kimi modellərə, uzaq bölgələrdə isə “Lada”ya aiddir.

 “Texniki olaraq istənilən avtomobili oğurlamaq mümkündür. Ona görə də bu gün ən etibarlı qorunma üsulu avtomobilinizi uzun müddət nəzarətsiz qoymamaqdır”, - deyə mütəxəssis avtomobil oğurluğundan qorunmaq üçün məsləhətlər verib.

 

Namiq Musayev

Seçilən
10
avtosfer.az

1Mənbələr