AZ

Londonda "Qurani-Kərim"i yandırmaq istədilər - Həmin şəxsi döydülər, təpikləndi

İngiltərənin paytaxtı Londondakı Türkiyə Konsulluğu qarşısında bir naməlum şəxs Quranı-Kərim kitabını yandırmağa cəhd edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxsə bir nəfər hücum edib.
 
Quranı yandıran şəxs ətrafdakı adamlar tərəfindən döyülüb.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib və səlahiyyətlilər etirazçını döyən şəxsi hücum silahı saxlamaq və ağır xəsarət yetirmək şübhəsi ilə saxladıqlarını bildiriblər.
 
Xatırladaq ki, ötən ay İsveçdə Quran kitablarını yandırmaq üçün təxribatlar törədən 38 yaşlı Salvan Momika mənzilində \"TikTok-da canlı yayım zamanı evində güllələnib.
  
Mikayıl
Seçilən
7
azxeber.com

1Mənbələr