AZ

Ən zərərli yuxu mövqeyinin adı AÇIQLANDI

“Yuxunun keyfiyyəti və oyandıqdan sonra rifahı insanın yatdığı vəziyyətdən asılıdır”

Medianews.az xəbər verir ki, bunu somnoloq Violetta Qerasimova deyib.

Onun sözlərinə görə, düzgün olmayan duruş boyun, bel, baş ağrılarına, mədə yanmasına, tənəffüs problemlərinə səbəb ola bilər. Düzgün duruş, əksinə, əzələlərin rahatlamasına, yaxşı qan dövranına və normal nəfəs almağa kömək edir.

Həkim mədə üstə yatmağı ən zərərli adlandırıb, çünki bu vəziyyətdə insan normal nəfəs ala bilmir və sinəsi sıxılır. Buna görə də, somnoloq gecə istirahəti üçün başqa mövqelər seçməyi məsləhət görüb. Onun fikrincə, arxa üstə yatmaq daxili orqanlar və onurğa sütunu üçün faydalıdır. Bu vəziyyətdə nəfəs sakitdir, əzələlər rahatlaşır və onurğa təbii vəziyyətdə olur.

“Yan üstə yatmaq mövqeyi bel üstə yatmaqdan narahat olan insanlar üçün yaxşı alternativdir”, – deyə həkim bildirib.

O, izah edib ki, bu poza onurğa sütununa yükü azaldır və qan dövranını yaxşılaşdırır. Həkim aydınlaşdırıb ki, sol tərəfdə yatmaq daha yaxşıdır.

Bundan əlavə, somnoloq keyfiyyətli və sağlam yuxu almaq üçün yatmazdan əvvəl otağı havalandırmağı, sükut və qaranlıq yaratmağı məsləhət görüb.

Medianews.az

 

Seçilən
9
medianews.az

1Mənbələr