AZ

"Bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələri formalaşdırılmalıdır" - Vüqar Bayramov

"Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərə tutulub".


Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq. 


V.Bayramov qeyd edib ki, bələdiyyələrin maliyyə mənbələrinin məhdud olması onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir və kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır:


"Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir”.


Millət vəkili qeyd edib ki, maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir:


“2024-cü ilin ilk 9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub, bu da onu göstərir ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir. Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var".


Firuzə Əliyeva

Seçilən
8
sfera.az

1Mənbələr