“Bankların kredit həyat sığortası üzrə böyük potensialı var”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı “PAŞA Həyat” Sığorta şirkətinin İdarə Heyətinin üzvü Rüstəm Məmmədov deyib.
O bildirib ki, hesablamalara görə təkcə istehlak kreditləri üzrə kredit həyat sığortasından banklar 2025-ci ildə 20 mln. manat mənfəət əldə edə bilər.
“Xarici təcrübədən də görünür ki, yığım həyat sığorta məhsulları uzunmüddətli mürəkkəb məhsullar olduğu üçün bank kanalı ilə daha çox satışlar edilir. Biz də bu tipli sığorta məhsulları üzərində işləyirik və bu il və gələn il təqdim ediləcək” - Rüstəm Məmmədov əlavə edib.