AZ

"Trendyol" ötən ilin Azərbaycan üzrə alış-veriş məlumatlarını paylaşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşır.
Ötən il ərzində "Trendyol" Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika və dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. "Trendyol"dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.
İl ərzində 500 milyondan çox ziyarət edilən "Trendyol" platformasının gündəlik aktiv istifadəçilərinin sayı 788 min nəfər təşkil edib.
Ən çox alış-veriş edənlər Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun sakinləridir.
Ötən il Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70%-i qadınlar olub.
"Trendyol" öz müştərilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir.
Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var. Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
"Trendyol" bu yaxınlarda Bakı Biznes Klubu tərəfindən "İlin ən yaxşı e-ticarət platforması" mükafatına layiq görülüb.
Seçilən
34
17
oxu.az

10Mənbələr