Böyük Britaniya sanksiya siyahısına Rusiya müdafiə nazirinin müavini Pavel Fradkov və Rusiya Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmətinin direktoru Vladimir Selini də əlavə edib. Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
“London Rusiya Federasiyasının müdafiə nazirinin müavini Pavel Fradkovu sanksiyalar siyahısına əlavə edib”, – Maliyyə Nazirliyinin sənədində deyilir . Sanksiyaya həmçinin PNK-Ural şirkətinin sahibi Vladimir Selin, Artem Çayka, həmçinin Kirov-Enerqomaş zavodu və Rosatom Additive Technologies şirkəti də məruz qalıb.
Qeyd olunur ki, adları çəkilən şəxslərin hər biri “Rusiya hökumətindən müavinət almaqda və ya dəstəkləməkdə iştirak etməkdə və ya əvvəllər iştirak etməkdə” ittiham olunur.