AZ

Tramp Rusiyanı Avropanın təhlükəsizlik, iqtisadi və enerji sisteminə yenidən inteqrasiya edəcək – Orban

Tramp Rusiyanı Avropanın təhlükəsizlik, iqtisadi və enerji sisteminə yenidən inteqrasiya edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Radio Kossuth-a müsahibəsində deyib.

Orban ümid edir ki, Tramp Rusiyanı Avropanın təhlükəsizlik, iqtisadi və enerji sisteminə yenidən inteqrasiya edəcək.

“Əgər Amerika prezidentinin gəlişindən sonra sülh bərqərar olarsa və razılıq əldə olunarsa, hesab edirəm ki, Rusiyanı dünya iqtisadiyyatına, Avropa təhlükəsizlik sisteminə və hətta Avropanın enerji və iqtisadi sisteminə yenidən inteqrasiya edəcək.

Bu, Macarıstan iqtisadiyyatına böyük təkan, böyük imkanlar verəcək. Biz sülhdən çox şey qazanacağıq”, – Orban bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr