Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında Rusiyanın pilotsuz uçuş aparatının (PUA) gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasında radiasiya sığınacağına düşdüyünü bildirib.
News24.az NTV-yə istinadən xəbər verir ki, Zelenski ilkin qiymətləndirmələrdən sonra hücumun sığınacağa ciddi ziyan vurduğunu qeyd edib.
Ukrayna lideri Rusiya PUA-nın hücumu nəticəsində elektrik stansiyasının dağıdılmış 4-cü reaktorunu qoruyan strukturun zədələndiyini bildirib. O, hücumun yanğına səbəb olduğunu, lakin yanğının söndürüldüyünü bildirib.
O, həmçinin qeyd edib ki, bu səhər radiasiya səviyyəsi artmayıb.
Zelenski əlavə edib ki, Rusiyanın nüvə obyektlərinə hücumları qlobal təhlükəsizliyi təhdid edir.
Günel Məlikzadə