Dünya İqtisadi Forumunun (DİF) Enerji və Materiallar Mərkəzi ilə Azərbaycanda enerji sərfiyyati ilə bağlı mövcud çağırışların müəyyənləşdirilməsi, müvafiq süni intellekt həllərinin araşdırılması və tətbiqini özündə birləşdirən 40 qlobal həll konsepti hazırlanıb.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) bildirilib.
Məlumata görə, layihənin uğurlarına dair Forum ilə birgə “How Azerbaijan is leveraging AI for sustainable energy transformation” başlıqlı məqalə və “Artificial Intelligence’s Energy Paradox: Balancing Challenges and Opportunities” adlı hesabat sənədi 2025-ci il Davos Forumu ərəfəsində dərc olunub.
Strateji Əməkdaşlıq Platformaları:
Strategic Intelligence (Strateji Zəka) platforması çərçivəsində Azərbaycan universitetlərinin və tədqiqat mərkəzlərinin 250-dən çox mövzu və həll yollarına dair çoxsaylı məzmunu özündə cəmləşdirən qlobal bilik platformasına inteqrasiyası həyata keçirilir. 4SİM-in dəstəyi ilə 2025-ci ildə yerli tərəfdaşların platformaya məzmun təminatçısı kimi qoşulması nəzərdə tutulub.
Global Collaboration Village (Qlobal Əməkdaşlıq Kəndi) platformasına görə, ölkəmiz 142 tərəfdaş arasından 10 ən aktiv tərəfdaş siyahısına daxil edilib. 4SİM-in dəstəyi ilə SOCAR ilə birgə 2025-ci il üçün Forum tərəfindən Azərbaycanın virtual pavilyonunun yaradılması nəzərdə tutulur.
“Coursera” ilə əməkdaşlıq:
4SİM Akademiyası” çərçivəsində 10,000-dən çox vətəndaş 4200 kursu uğurla tamamlayıb. 2025-ci ildən 200,000 Azərbaycan vətəndaşı üçün onlayn tədris platformasında 8,000 kursa 6 həftəlik pulsuz çıxış təmin ediləcək.
4SİM və TİF ilə birgə həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ABŞ-nin Las Veqas şəhərində keçirilən “Coursera Şəbəkə Konfransı” çərçivəsində 42 ölkə arasında “Süni İntellekt İnnovasiyası” üzrə Üstün Nailiyyət Mükafatı 2024-ün qalibi seçilib.
Azərbaycanın Rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi:
4SİM DİF-in İnvestisiya Siyasəti və Təcrübə Platforması ilə birgə ilkin mərhələdə ölkənin rəqəmsal iqtisadiyyatına investisiya qoyuluşu edən 100-dən çox yerli və xarici müəssisə ilə sorğular keçirib, 15 müəssisə ilə müsahibələr aparıb. Hesabat dərc edilib.
Layihə nəticəsində 13 siyasət tövsiyəsi hazırlanıb, 3 əsas istiqamət müəyyən edilib. Layihənin uğurlu yekunlarına dair Forumun 3 milyonluq baxışı olan veb səhifəsində “From oil to algorithms: Azerbaijan's journey to digital excellence” adlı məqalə və “IDEA: Investing in the Digital Economy of Azerbaijan” adlı hesabat sənədi işıqlandırılmışdır. Növbəti mərhələdə DİF və UNESCAP ilə xarici investorların cəlbi məqsədi ilə investisiya kalkulyatoru hazırlanacaqdır.
SİRİ (Smart Industry Readiness Index – Ağıllı Sənaye Hazırlığı İndeksi) və COSİRİ qiymətləndirmələri:
DİF, Sinqapur İqtisadi İnkişaf Şurasının (EDB) qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə McKinsey, Siemens, SAP və TÜV SÜD ilə birlikdə yaratdığı dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən çox müəssisə üzrə tətbiq olunan, həmçinin DİF tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodu ölkəmizdə də 4SİM və MEXT Texnoloji Mərkəzin birgə əməkdaşlığı çərçivəsində Azergold, SOCAR Polymer kimi şirkətlərdə tətbiq edilib. 2025-ci ildən Azertexnolayn Polad Boru Zavodunda tətbiq edilməsi planlaşdırlır. Layihə 2030-cu ilə qədər rəqəmsal iqtisadiyyatın inkişafına dəstək çərçivəsində 650 şirkəti əhatə edəcək.