AZ

Qazaxıstana uçan təyyarədə dava: Hava gəmisi Ərzurumda məcburi eniş edib

Antalyadan Qazaxıstanın paytaxtı Astanaya uçan "Pegasus" Hava Yollarına məxsus təyyarə sərnişinlər arasında yaranan dava səbəbindən Ərzurum hava limanına məcburi eniş edib. 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, təyyarədə sərnişinlər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Hadisə böyüyərkən pilot Ərzurum hava limanına eniş etməyə məcbur olub.

Dava edən ukraynalı cütlük və iki qazaxlı qadın bir-birindən şikayət edib. 

Hadisədən sonra hava limanına gələn polis əməkdaşları 4 nəfəri saxlayaraq bölməyə aparıblar. 

Davada iştirak edən sərnişinlər təyyarədən çıxarıldıqdan sonra təyyarə Ərzurum hava limanından havaya qalxaraq Astana istiqamətində uçuşunu davam etdirib.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr