21 yaşadək futbolçulardan ibarət Azəbaycan millisinin sabiq üzvü Ramin Əhmədov legioner həyatı yaşayacaq.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını Qırğızıstanda davam etdirəcək.
Çünki Əhmədov Qırğızıstanın yüksək liqa təmsilçisi “Alay”a keçib.
Bir müddətdir komandanın düşərgəsində Türkiyədə təlim-məşq toplanışında olan sabiq “Şamaxı”lı ilə müqavilə imzalanması qərara alınıb. Əhmədov yeni komandası ilə 1 illik sazişə qol çəkib.
Ramin Əhmədov cari mövsümün ilk yarısını “Şamaxı”nın heyətində keçirib. O, daha əvvəl “Zaqatala” və “Zirə” klublarının formasını geyinib.