AZ

“Nüvə arsenalı dünyanı 100 dəfə məhv etmək üçün kifayətdir” – Tramp Rusiya və Çinə nə təklif edəcək?

“ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə arsenallarının azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb”.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Tramp cümə axşamı Ağ Evdə Hindistanın Baş naziri Narendra Modini qəbul edərkən, deyib: "Yeni nüvə silahı yaratmaq üçün tamamilə heç bir səbəbimiz yoxdur".

Amerika Prezidentinin sözlərinə görə, mövcud ehtiyat dünyanı 50 və ya 100 dəfə məhv etmək üçün kifayətdir, lakin həm ABŞ, həm də Rusiya və Çin yeni silahlar istehsal etməyə davam edir.

Tramp Ağ Evdə jurnalistlərə deyib ki, nüvə proqramları daha məhsuldar şeylərə xərclənə biləcək pulları götürür. ABŞ lideri Çin lideri Si Cinpinə və Rusiya Prezidenti Vladimir Putinə üç ölkənin hərbi büdcəsini iki dəfə azaltmağı təklif edəcəyini bildirib.

Tramp belə bir görüşü hər şey sakitləşəndə keçirmək istəyir. Yəqin ki, söhbət Ukrayna və Yaxın Şərqdəki silahlı münaqişələrdən gedir. ABŞ Prezidenti də Putinin sülh istədiyinə inandığını bildirib. “Düşünürəm ki, o, istəməsəydi, mənə deyərdi”, – Tramp deyib.

“AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr