AZ

Tramp Rusiya və Çinə nüvə sazişi təklif etdi

ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə silahlarına nəzarət üzrə danışıqları yenidən başlamaq istədiyini bildirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp, ölkənin nüvə müharibəsinin qarşısını almaq üçün milyardlarla dollar xərcləndiyindən təəssüflənib.

“Bizim tamamilə yeni nüvə silahları yaratmaq üçün heç bir səbəbimiz yoxdur. Bizdə onsuz da çox şey var”, - Tramp bildirib.

ABŞ və Rusiyanın "Soyuq Müharibə"dən qalma böyük silah ehtiyatları olsa da, Tramp Çinin “beş və ya altı il ərzində” nüvə zərbəsi qabiliyyətinə malik olacağını proqnozlaşdırıb.

ABŞ prezidenti Yaxın Şərq və Ukraynada “işləri yoluna qoyduqdan” sonra iki ölkə ilə nüvə danışıqlarına başlamağa çalışacağını bildirib.

"The Guardian" yazır ki, Donald Tramp prezident kimi ilk müddətində ABŞ və Rusiya ilə Yeni START kimi tanınan paktın uzadılması ilə bağlı danışıqlar apararkən, Çini nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara cəlb etməyə cəhd göstərib.

Seçilən
2
publika.az

1Mənbələr