İtaliyanın mərkəzində yerləşən Toskana Regional Hökuməti özünün regional assambleyasında “tibbi yardımlı ölüm” (evtanaziya) qanununu təsdiqləyib.
“Cebheinfo.az” xəbər verir ki, Toskana əsasən katoliklərin yaşadığı ölkədə bu hüququ tanıyan ilk bölgə olub. Belə ki, Toskana Regional İnzibati Məclisi ötən gün keçirilən səsvermədə 13 əleyhinə 27 “hə” səsi ilə bölgədə tətbiq olunacaq müvafiq qanunu qəbul edib.
Yalnız Toskanada qüvvədə olan qanun həkimlərə etik və əxlaqi əsaslarla bu prosesdə iştirak etməməyə icazə verir. Baş nazir Giorgia Meloni partiyası olan “İtaliya Qardaşları” hökumətin bu qanuna etiraz edəcəyini açıqlayıb.
Qeyd edək ki, evtanaziya yunan dilindən tərcümədə isə bu söz “gözəl ölüm” deməkdir. Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsidir.
Evtanaziya əsasən sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsidir.