Kilian Mbappe yenidən milli komandaya qayıdıb.

Offsideplus.az xəbər verir ki, Fransa yığması UEFA Millətlər Liqasının 1/4 finalında Xorvatiya ilə qarşılaşacaq. Martın 20-si və 23-ü tarixlərində baş tutacaq oyunların heyətinə Mbappe də daxil edilib. Bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam "L'Equipe"yə açıqlamasında bildirib.

Ulduz futbolçunun ötən il sözügedən turnirin matçları üçün milliyə çağırılmamasına əsas səbəb kimi baş məşqçi ilə aralarında bəzi problemlərin olması göstərilirdi.