AZ

Elton Rusiyada köməksiz vəziyyətdə qalmağından danışdı

Əməkdar artist Elton Hüseynəliyev yeniyetməlik yaşındaikən üzləşdiyi çətinliklərdən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.

İllər əvvəl Rusiyanın Norilsk şəhərində başına gələn hadisələri tamaşaçılarla bölüşən Hüseynəliyev bildirib ki, meyxanaçı Namiq Məna ona dəstək olub:

“1996-cı ilin sonu, 1997-ci ilin əvvəli idi. Meyxanaçı Namiq Məna anamdan icazə alıb məni Rusiyanın Norilsk şəhərinə konsert vermək üçün apardı. Konsertdə iştirak etdik. Rəhmətlik meyxanaçı Bayram, mən, musiqiçi Famil qaldıq bu şəhərdə. Namiq isə gedib qayıtmalı idi ki, biz daha bir konsert də verək və birlikdə geri dönək. Namiq Bakıya qayıdanda qəzaya düşdü. Biz hamımız qaldıq Norilskdə. Orada Rafael qardaşım məni evində saxladı, mənə yaxşı baxdılar. Sonra Namiq yanımıza geri döndü. Norilskdən evə qayıdandan sonra anladım ki, nə qədər mən böyümüşəm. Namiq bizim evimizə gəlib anama pul vermişdi. Mən gələnə qədər anam Namiqin ona verdiyi o 500 dolları xərcləməmişdi. Gəlib evə gördüm ki, çörəyimiz yoxdur. Anam o müddət ərzində yeməyi qonşularımızdan almışdı. Anam məni gözləyirmiş. Bunu biləndən sonra çox pis oldum. Anam mənə söylədi ki, mən sənsiz o pula əl dəyməmişəm”.

Elton qazandığı həmin 500 dollara televizor və videomaqnitafon aldığını söyləyib:

“Anam, qardaşım və mən Sumqayıtdakı univermağa getdik. Orada satıcan televizor və videomaqnitafonun qiymətini soruşdum. O isə mənə “yeri get işində məşğul ol” cavabını verdi. O zamanlar həqiqətən də mən uşaq idim. Məndə o satıcıdan 400 dollar dəyərində olan avadanlığı soruşurdum. Anam həmin o satıcının üzərinə əsəbi şəkildə getdi. Hiss elədim ki, onun bu sözlərindən anam hirslənib. Dedim ki, ana əsəbiləşmə satıcı bilməyib ki, mən uşağam. Müdiro o anda bizə yaxınlaşıb üzrxaxlıq etdi. Dedim ki, siz bizi bağışlayın, gərək mən əvvəlcədən bura tək gəlmədiyimi deyərdim. Biz evə bir televizor və bir videomaqnitafon aldıq. Haradasa əlimizdə 80 dollar qaldı. O pula da evə bazarlıq etdik. O zaman atam həbsxanada idi”.

Seçilən
11
olay.az

1Mənbələr