AZ

Azərbaycan sığortaçılar öz müştərilərinin tarixçələrini əldə edə biləcəklər

Azərbaycanda sığorta şirkətləri onlardan sığorta məhsulları almaq istəyən şəxslərin yazılı razılığı əsasında onların sığorta hadisəsi tarixçələrini əldə edə biləcəklər.

"Report" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Könüllü və yaxud icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında sığortaçılar sığorta hadisəsi tarixçəsini sorğulaya biləcəklər. Bunun da risk qiymətləndirməsi aparmaq mümkün olacaq", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, daha bir yenilik İSB-nin üzvü olmayan sığorta şirkətlərinə Forma-4 sənədinin elektron şəkildə təqdim edilməsi olacaq: "Hazırda bu, qismən həyata keçirilir və sığortaçılar İSB-nin informasiya sistemi vasitəsilə bu məlumatları sorğulaya bilirlər. Növbəti mərhələdə İSB-nin üzvü olmayan sığorta şirkətləri bağladıqları könüllü sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin Form-4 sənədini elektron formada sorğulaya biləcəklər. Bununla da sığorta hadisələrinin tənzimlənməsi prosesi sadələşməklə yanaşı, həm də sürətlənəcək".

Seçilən
1
5
report.az

6Mənbələr