Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ın hücumçusu Kilian Mbappe haqqında danışıb.
Publika.az xəbər verir ki, o, fransalı ulduzun mart ayında keçiriləcək oyunlara çağırılacağını bildirib:
"Kilian martda komandada olacaq? Aydındır ki, o, millidə olacaq. Niyə olmasın?"
Qeyd edək ki, martda Fransa Millətlər Liqasının 1/4 final mərhələsi çərçivəsində Xorvatiya millisi ilə iki oyun keçirəcək.