AZ

ABŞ-də 14 ştat Tramp və Maska qarşı iddia qaldırıb

ABŞ-də 14 ştat Prezident Donald Tramp və Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qarşı federal iddia qaldırıb.

Ştatların D.Tramp və İ.Maska qarşı iddiası ondan ibarətdir ki, Mask “geniş səlahiyyətlərə” malik olmasına baxmayaraq, prezident tərəfindən rəsmi olaraq dövlət vəzifəsinə təyin edilməyib və Senat tərəfindən təsdiqlənməyib. Bu da ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bölməsinin 2-ci bəndini (“Təyinatlar haqqında”) pozur.

Materialda qeyd olunub ki, Vaşinqtondakı federal məhkəməyə iddia Nyu-Meksiko ştatının baş prokuroru Raul Torres, həmçinin Arizona, Miçiqan, Merilend, Minnesota, Kaliforniya, Nevada, Vermont, Konnektikut, Rod-Aylend, Massaçusets, Oreqon, Vaşinqton və Havay ştatlarının rəsmiləri tərəfindən qaldırılıb – onlardan ikisi, Nevada və Vermont respublikaçılar partiyasından olan qubernatorlar tərəfindən idarə olunur.

Telekanal vurğulayıb ki, eyni zamanda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 26 hazırkı və keçmiş əməkdaşı, eləcə də podratçısı Maska qarşı Merilenddəki federal məhkəməyə iddia qaldırıb.

Seçilən
3
4
korrespondent.az

5Mənbələr