AZ

Suverenlik ilində təhsildə dönüş olacaqmı? - Dos. İlham Əhmədov 

Bu il ölkəmizdə konstitutsiya və suvernlik ili elan edilmişdir.
Hər bir ölkənin süverenliyinin əsasını onun texnoloji suverenliyi təşkil edir. 44 günlük müharibədə bir daha biz bunun şahidi olduq.
Bu ərəfədə “Azərbaycan Respublikasının rəqəmsal transformasiya strategiyası” təsdiq edildi. Bu startegiyanı səmərəli icra edə bilsək, texnoloji suverenliyimiz daha yüksək səviyyəyə qalxa bilər. Texnoloji suverenlik, rəqəmsal transformasiya prosesləri əsasən ölkənin elm-təhsil sisteminin inkişaf səviyyəsindən asılıdır.
Ölkənin təhsil sistemində rəqəmsal transformasiya prosesləri hələ də çox zəif durumdadır. Nəzərə alsaq ki, son 20 ildə bu məsələyə dair qəbul edilmiş 2 dövlət proqramı uğursuz icra edilmişdir, durum tam aydın olar.
Bir çox ölkələrdən fərqli olaraq, biz hələ də distant təhsil sistemi yarada bilməmişik. Amma 200 min nəfər vətəndaşımızın bu il ərzində onlayn formatda 6 həftəlik təlim keçməsi üçün COURSERA şirkətinə on miyonlarla dollar ödəyirik. Bunun yaxşı tərəfi də var, insan potensialının inkişafına qismən kömək edəcək (bu mövzuda saytlarda məqaləmiz var), amma bu məbləğin cüzi hissəsinə elə özümüz COURSERA-nın analoqu olan onlayn təlim sistemi yarada bilərdik. Bu layihənin nəticəsində işin səmərəsi zaman və müdavim sayı etibarı ilə davamlı ola bilərdi, yəni, uzun illər ərzində milyonlarla vətəndaşımıza müxtəlif istiqamətlərdə onlayn təlimlər verə bilərdik.
İndi isə hər il on milyonlarla dollar ABŞ şirkətinə ödəyirik. Biz son 20 ildə TN və digər nazirliklərə dəfələrlə belə təkliflər vermişdik, layihə ideyasını verdiyimiz kimi, onu icra etməyə də hazır idik. Amma TN-nin strateji səhvləri üzündən bu layihənin əhəmiyyəti düzgün qiymətlındirilmədi, nəticədə isə bu gün və gələcəkdə də büdcə pullarını belə qeyri rasional israf edirik.
Nümunə üçün qeyd edək ki, konkret olaraq 2017-ci ildə Borçalıda yaşayan soydaşlarımızın orta təhsil problemlərini həll etmək üçün (yada salım ki, orada azərbaycandilli orta məktəblər sürətlə azalır, müəllim kadrları çatışmazlığı səbəbi ilə) "distant məktəb" layihəsini reallaşdırmaq üçün TN bu məbləğın 1-2 %-ni ayırmaq istəmədi. Halbuki, bu layihədən həm ölkə məktəbliləri, həm də diasporada yaşayan azərbaycanlı uşaqlar faydalana bilərdi. TN-nin bu strateji səhvi nəticəsində pandemiya vaxtında hamımız xeyli əziyyət çəkdik.
Bu gün ETN-nin təhsil sisteminin rəqəmsal transformasiyası üzrə, o cümlədən ölkədə distant təhsil sisteminin yaradılması üzrə xüsusi dövlət proqramlarının hazırlamasına və icrasına çox ciddi ehtiyac var. Bu sadə həqiqəti hələ də qəbul etməyən, onu dəyərləndirə bilməyən təhsil menecerləri ilə təhsilimizin hansı perspektivi ola bilər?
Ölkə təhsilinin bu günkü büdcəsi belə proqramların hazırlanmasına və icrasına imkan versə də, təhsil menecerlərinin indiki səviyyəsi buna imkan vermir.
Təhsil, hər bir ölkənin iqtisadi inkişafının vacib amilidir. Keyfiyyətli təhsil strateji amil olub, insan kapitalının formalaşmasına, innovasiyaların və texnoloji tərəqqinin stimullaşdırılmasına, sosial bərabərsizliklərin və yoxsulluğun azaldılmasına, infrastruktur və istehsal sektorunun inkişafına, xarici investisiyaların cəlb edilməsinə, elmi tədqiqatların inkişafına və iqtisadiyyatın dayanıqlığının təmin olunmasına kömək edir.
Dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir, təhsil büdcəsi ilbəil artır, vətəndaş, ümumən ölkə üçün dayanıqlı və firavan gələcəyin təmin edilməsinə maraq göstərir.
Amma ölkədə elm və təhsilin indiki zəif durumu, ETN elm, təhsil və texnoloji inkişaf strategiyaları yaratmaq əvəzinə, hələ də prioritet olmayan məsələlərlə gündəmi məşğul etməsi, heç bir ictimai təşəbbüslərə dəstək verməməsi, ölkədə olan peşəkar insan resurslarından qeyri- rasional istifadə etməsi, keyfiyyətli inkişaf proqramları hazırlaya bilməməsi, bu strateji sahənin gələcəkdə də rəqabətədavamlı olmamasına zəmin yaradır. Belə elm-təhsil sistemi ilə bizim rəqəmsal transformasiya, rəqəmsal və innovativ iqtisadiyyat, biliklər cəmiyyəti qurmağımız, qeyri neft sektorunu inkişaf etdirməyimiz çətin olacaq.
Ümid edirik ki, suverenlik ilində ETN ölkə suverenliyinin möhkəmləndirilməsi naminə öz işində dönüş yarada biləcək, məsuliyyətini artıracaq, son illər buraxdığı ciddi səhvlərdən nəhayət ki, nəticələr çıxaracaq, bu səhvləri aradan qaldırmağa cəhdlər edəcək (əgər buna iradə və potensialı çatacaqsa), ölkənin elm-təhsil sisteminin inkişafına təkan verəcəkdir.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr