1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fevralın 21-dən 23-dək Misirin Hurqada şəhərində çimərlik voleybolu üzrə dünya çempionatı ("The Clash Beach Volleyball tournament") keçiriləcək.
Oxu.Az "əl-Yaum əs-Səbi" nəşrinə istinadla xəbər verir ki, Səhl Haşiş çimərliyində təşkil olunacaq yarışda 30 ölkədən 97 komanda, ümumilikdə 165 kişi və qadın idmançı iştirak edəcək. Azərbaycan yığma komandası da bu beynəlxalq idman tədbirinə qatılacaq.
Digər iştirakçılar bunlardır: Misir, Rusiya, İtaliya, Sloveniya, Səudiyyə Ərəbistanı, Slovakiya, İspaniya, Çexiya, Almaniya, Ukrayna, Braziliya, Polşa, ABŞ, Portuqaliya, Dominika, İsveçrə, Yunanıstan, Avstriya, Serbiya, Ermənistan, Honqkonq, Niderland, Fransa, Uels, Norveç, Futuna arxipelaqı və Livan.