İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin şimalına basqın edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) bəyanat yayıb.
Məlumatda deyilir ki, basqınlar zamanı bəzi bölgələrdə İsrail əsgərləri ilə fələstinlilər arasında atışma baş verib: "Xüsusən Nablusun şərqindəki Asker və Ballata qaçqın düşərgələri ətrafında gərginlik pik həddə çatıb. Burada İsrail hərbçiləri ilə evlərini və ailələrini qorumağa çalışan fələstinlilər arasında şiddətli silahlı qarşıdurma olub".
Xəbərə görə, şəhərin bəzi hissələrində isə İslami Cihad Hərəkatının Əl-Qüds Briqadaları və Fəth Hərəkatının Əl-Əqsa Şəhidləri Briqadalarının döyüşçüləri İsrail ordusu ilə silahlı toqquşmalara girib, onlar israilli əsgərlərin yerləşdiyi ərazilərdə partlayışlar törədiblər: "6 saat davam edən döyüşdən sonra İsrail əsgərləri şəhərdən geri çəkiliblər".
Tahir Şəlvəli
MİA.AZ