AZ

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Bakıda klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olunub.

Bu barədə Sabahinfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Laser Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.

Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.

Əlavə edək ki, “Laser Beauty Klinikası”nın təsisçisi və baş həkimi Rəna Soltanovadır

Seçilən
12
37
sabahinfo.az

10Mənbələr