AZ

Robert Kennedi: Biz dünyanın ən xəstə əhalisinə sahibik

Bu yaxınlarda ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Katibi vəzifəsinə təyin edilmiş kiçik Robert Kennedi bildirib ki, ABŞ vətəndaşları arasında yoluxma səviyyəsi dünyanın istənilən ölkəsi arasında ən yüksək göstəricidir...

Poliqon xəbər verir ki, o, bu barədə Fox News telekanalına açıqlamasında danışıb.

"Biz dünyada bütün dərmanların 70%-ni alırıq. Biz digər ölkələrlə müqayisədə səhiyyəyə iki-üç dəfə çox pul xərcləyirik, lakin bizim göstəricilərimiz ən pis olaraq qalır. Biz dünyanın ən xəstə əhalisinə sahibik", deyə kiçik Kennedi bildirib.

O, həmçinin "Amerikanı yenidən sağlam et" adlı genişmiqyaslı kampaniyaya başladığını elan edib və bu kampaniyada ixtisaslaşmış qurumların diqqətini sağlam həyat tərzinin təbliğinə yönəldəcəyini vəd verib.

Bir neçə saat əvvəl ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri Departamentinin rəhbəri kimi təsdiq edildiyi barədə məlumat yayılmışdı. Yeni nazir qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ondan xroniki xəstəlik epidemiyasına son qoymağı və "Amerikanı yenidən sağlam etməyi" xahiş edib.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr