Pakistanın Bəlucistan əyalətində mədən işçilərini daşıyan yük maşını partladılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nərticədə maşında olan 10 nəfər hadisə yerində ölüb, 6 nəfər isə yaralanıb.
Məlumata görə, onlar Harnai rayonunun Şahraq bölgəsində kömür mədənlərinin işçiləri olublar: "Onların keçdiyi yola basdırılmış partlayıcı keçid anında partladılıb...".
Bəlucistan Baş Naziri Sərfraz Buqti hadisəni terror aktı adlandırıb və "terror bəlasının kökünü kəsəcəcəyik" vədi verib: "Günahsız vətəndaşları hədəfə alan terrorçular əfv olunmayacaq. Bu hadisədə iştirak edən terrorçular ən qısa zamanda aşkarlanaraq cəzalarını alacaq"
Tahir Şəlvəli
MİA.AZ