Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsindən yağışlı hava ilə bağlısürücülərə xəbərdarlıq edib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
"Hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühityaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədəartırıb.
Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görməməsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkətiştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyitələb edir.
Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağınıda nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddiniminimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq,avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdəolmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaqtövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçündə bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları daməsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır", - deyəxəbərdarlıqda bildirilir.