AZ

Ərinin ailəsini tortla öldürdü

Braziliyda ailə üzvlərini tort ilə öldürən Deise Moura dos Anjos adlı qadın həbsxana kamerasında ölü tapılıb.

News24.az xəbər verir ki, yanvar ayında həbs edilən Deise Moura dos Anjos Milad ərəfəsində ailəsinin 6 üzvünü arsenlə zəhərləməkdə günahlandırılıb.

Bu prosesdə 3 nəfər ölüb, digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Zəhərlənmənin mənbəyini tapmaq üçün müstəntiqlər altı qurbanın xəstələndiyi Moura dos Anjosun qayınanasının evindən çoxsaylı qida məhsullarını sınaqdan keçiriblər. Nəhayət, unun tərkibində yüksək miqdarda arsen aşkar ediblər.

Tortu hazırlayan Zeli dos Anjos tortu yedikdən sonra ağır xəstələndiyi üçün polis onu şübhəlilər siyahısından çıxarıb.

Zeli dos Anjos sağ qalıb, lakin onun iki bacısı və bir qardaşı oğlu da ölüb.

Deise günahsızlığını qoruyub, ancaq polis qadının arsenik almasına dair sübut tapıb. Polis Deisenin sentyabr ayında qayınatasının da ölümünə də səbəb olub-olmadığını araşdırır. İddiaya görə, onun qayınatası Paulo Luis dos Anjos sentyabr ayında süd tozu ilə qarışdırılmış banan yedikdən sonra dünyasını dəyişib.

Onu da qeyd edək ki, Deisenin həbsxanada ölməsindən sonra polis məsələ ilə bağlı ayrıca araşdırma başladıb.

Günel Məlikzadə

Seçilən
1
news24.az

1Mənbələr