AZ

“Lazer Beauty Klinikası”nın bağlanması üçün nazirliyə məktub göndərildi

Səhiyyə Nazirliyi "Lazer Beauty Klinikası"nın bağlanması üçün İqtisadiyyat Nazirliyinə məktub göndərib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Lazer Beauty Klinikası"nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.

Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib", - deyə Nazirlidkən bildirilib.

Milli.Az

Seçilən
19
35
milli.az

10Mənbələr