AZ

Odessada liman infrastrukturuna ziyan dəydiyi bildirilir

Odessada pilotsuz təyyarənin hücumu nəticəsində liman infrastrukturuna ziyan dəyib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Kiper Telegram -da məlumat verib.

“Hücum nəticəsində liman infrastrukturuna və fəaliyyətsiz istirahət mərkəzinə ziyan dəyib”, – nəşr yazır.

Konkret hansı liman infrastruktur obyektlərinin zədələndiyi açıqlanmır.

Bundan əvvəl Odessada partlayış baş verib. Fevralın 13-dən 14-nə keçən gecə səslənib və həmin vaxt infrastruktura heç bir ziyan dəyməyib.

Seçilən
8
nocomment.az

1Mənbələr