Bank olmayan kredit təşkilatlarına (BOKT)kapital tələbinin yerinə yetirilməsi ilə bağlı qoyulan müddət fevral ayının sonunda bitir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
O bildirib ki, bundan əlavə, AMB BOKT-lərə öhdəliklərin kapitala nisbəti ilə tələbini müəyyən edib, ehtiyatların yaradılması tələbinə yenidən baxılıb.
“Növbəti mərhələdə kənar auditin aparılması və korporativ idarəetmə standartlarına dair tələblər də hazırlanacaq” - departament direktoru əlavə edib.