“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişədə qalib gələcək”.
Missiya.Az “Newsweek”a istinadən xəbər verir ki, bunu hərbi analitik Karlo Masala deyib.
O bildirib ki, Birləşmiş Ştatlar çox güman ki, hələ danışıqlar başlamamışdan əvvəl Rusiya liderinin tələbləri ilə razılaşıb.
“Rusiyanın hələ də ciddi problemləri var, xüsusən də sanksiyalardan zərər çəkmiş iqtisadiyyatı. Amma əgər Putinin məqsədi Rusiya ilə sərhəddə vahid NATO dövlətinin yaradılmasının qarşısını almaq idisə , deməli, bu məqsədə ən azı nail olmağa yaxındır”, - deyə o vurğulayıb.
Daşqın HəsənovMissiya.Az