AZ

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin əhatə dairəsi genişləndirilir

Bakı. Trend:

Qanunvericiliyə yeni “korrupsiya riski”, “korrupsiya risklərininidarə edilməsi”, “səlahiyyətli struktur bölmə (şəxs)” anlayışlarıdaxil edilir, “korrupsiya” anlayışı genişləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Korrupsiyaya qarşı mübarizə haqqında”Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, qanunun 1-ci maddəsi yeni redaksiyadaveriləcək.

Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın(qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin statusvə səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməkləqanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləriistəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbuletməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilənmaddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuzolaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsikorrupsiya hesab ediləcək.

Korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradanhüquqpozmaların törədilməsi ehtimalı korrupsiya riski hesabediləcək.

Korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərininvə həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcədə həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısınınalınması üzrə tədbirlər görülməsi korrupsiya risklərinin idarəedilməsi hesab ediləcək.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbuledilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanınqarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsivə korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyatakeçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və yasəlahiyyətli şəxs səlahiyyətli struktur bölmə (şəxs) hesabediləcək.

Bundan əlavə, qanuna orqanların (qurumların) korrupsiyarisklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsininhəyata keçirilməsi əsaslarından bəhs edən yeni maddə əlavəediləcək.

Belə ki, orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarəedilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyənedəcək. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusibilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.

Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlkiili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi aparılacaq. Korrupsiya ilə əlaqədarhüquqpozmalar haqqında daxil olan müraciətlərinümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çoxşikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olanqurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digərmüddətlərdə də risklərin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi keçirilə bilər.

Korrupsiya risklərinin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərəalınacaq:

  • hüquqi və fiziki şəxslər arasında keçirilən sorğularınnəticələri;
  • korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olanmüraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmalarınnəticələri;
  • mediada, həmçinin internet informasiya ehtiyatlarında və yainformasiya- telekommunikasiya şəbəkələrində yayılan informasiya vəkorrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olandigər məlumatlar;
  • orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar;
  • orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadiolaraq baş verən korrupsiyaya şərait yaradan hallar;
  • orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatındabaxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlımüvafiq qərarlar.

Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilənhədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri vəbununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçininəvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlərbarədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdimedilməlidir. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraqmüəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsininnəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraqictimaiyyətə açıqlanacaq.

Komissiya bu Qanunun 8-1.4-cü maddəsinə uyğun olaraq ona təqdimedilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma)korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçininkorrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyintəkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.

Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərininidarə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlıməlumat verməyə dair qanunvericiliyə də əlavə və dəyişiklikləredilir.

Belə ki, orqanların (qurumların) rəhbərləri korrupsiya iləəlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydadaverilməsi mexanizmini müəyyən etməli, işçilərin və iş görən və yaxidmət göstərən digər şəxslərin (bundan sonra işçilərin) korrupsiyailə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etməksəlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyayaqarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etməqaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədarhüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanışolmalarını təşkil etməlidirlər.

Orqanların (qurumların) rəhbərləri həmin orqanın (qurumun)strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri, iş həcminəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlıməlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətlistruktur bölmə (şəxs) müəyyən edəcək.

Orqanlarda (qurumlarda) çalışan işçilər korrupsiya ilə əlaqədarhüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə(şəxsə) verə bilərlər. Səlahiyyətli struktur bölmə (şəxs) özfunksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuzmüdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır.Səlahiyyətli struktur bölmə (şəxs) işçilər barədə həvəsləndirmə vəintizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarınınidarə olunması və işçilərin qiymətləndirilməsində(attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.Səlahiyyətli struktur bölmə (şəxs) orqanların (qurumların)rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğunfəaliyyət göstərməlidir.

Bundan əlavə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlıməlumat verən şəxsin dövlət müdafiəsi də artırılır.

Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatverən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yollaqisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitamvermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqındanqanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və yahəvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənficəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq ediləbilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verənşəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dairdəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsiişəgötürənin üzərinə düşəcək.

Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində buQanunun 11-2.2-ci maddəsinin tələblərinə riayət olunmasını təminedəcək və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəbolacaq.

Bu Qanunun 11-2.2-ci maddəsində nəzərdə tutulmuş tədbirə məruzqaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçünaidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edəbiləcək.

Bundan əlavə, qanunun 11-2.4-cü maddəsi (İdarə, müəssisə və yatəşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə,müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardanirəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlıməlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçiattestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölməninnümayəndəsi attestasiya komissiyasının iclasında iştiraketməlidir.) ləğv ediləcək.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd olunanlarla yanaşı,layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklərdə nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Seçilən
20
9
az.trend.az

10Mənbələr