AZ

Didye Deşam postunu kimə təhvil vermək istədiyini AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa millisinin baş məşqçisi Didye Deşam bu postda onu əvəzləyəcək əsas namizəd kimi Zinəddin Zidanı göstərib.
Oxu.Az "L'Equipe"-yə istinadən xəbər verir ki, D.Deşam açıqlamasında həmyerlisi və keçmiş komanda yoldaşı haqqında xoş sözlər deyib:
"Bizim bir-birimizə böyük hörmətimiz var. Axırıncı dəfə 2023-cü ilin yayında görüşmüşük. Gələn ilin yayında yenidən görüşməliyik. Zidan əla namizəddir. Təbii olaraq əlavə edərdim ki, gözlənilən namizəddir. Amma onun bunu istəyib-istəmədiyini bilmirəm".
Deşam 2026-cı il dünya çempionatından sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Qeyd edək ki, onun rəhbərliyi altında Fransa millisi DÇ-2018-in qalibi olub, dörd il sonra isə sözügedən turnirdə gümüş medal qazanıb.
Seçilən
44
oxu.az

1Mənbələr