Bakı. Trend:
“Güləbird” kiçik Su Elektrik Stansiyasından indiyədək 69,9 mln.kVt·st elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi gücü 8 MVt olan basqılı derivasiya tiplistansiyada istismara verildiyi tarixdən 01 fevral tarixinədək 69,9mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdəntəmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixanaeffekti yaradan qazlar atılmır.
Xatırladaq ki, 4 il əvvəl fevralın 14-də Laçın rayonunda Həkəriçayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyasıbərpadan sonra istifadəyə verilib.