AZ

"Ona görə təklifim budur ki, onlara vəsait hissə-hissə verilsin"

"Uşaq evlərində tərbiyə alanlar oranı bitirəndə 17 yaşı olur. Onlar gözlərini açanda hər şeyin hazır alındığını görürlər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aydın Mirzəzadə deyib.

"Ərzaq almaq, ev qurmaq məsələlərini bilmirlər. Onlara maddi yardım veriləndə necə xərcləmək olduqlarını bilmirlər. Bu da ya aldanmalarına, ya da mənasız xərcləmə baş verir. Ona görə təklifim budur ki, ya onlara vəsait hissə-hissə verilsin. Ya da buna görə onlara himayəçi, məsləhət verən ayrılsın".

Türkan İSGƏNDƏRLİ

Seçilən
10
redaktor.az

1Mənbələr