Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” Kiçik Su Elektrik Stansiyası (SES) istismara verildiyi tarixdən 01 fevral tarixinədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
“APA-Economics” xəbər verir ki, stansiya 4 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.
Məlumata görə, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.