Azərbaycanın həndbol üzrə beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları daha bir təyinat alıblar.
İdman.biz xəbər verir ki, onlar kişi həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kubokunun 1/8 final matçını idarə edəcəklər.
Təmsilçilərimiz Yunanıstanın AEK və Sloveniyanın “MRK Krka” komandalarının görüşlərinin hakimi olacaqlar. Hər iki qarşılaşma Yunanıstanda keçiriləcək.
Qeyd edək ki, matçlar fevralın 15-16-da keçiriləcək.
İdman.biz