![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/14/1/a40c9616-f1bf-486f-964e-26852c8aab29/rusiya-ukrayna-cernobil-aes2.jpg)
Rusiya ordusunun pilotsuz uçuş aparatı Çernobıl Atom Elektrik Stansiyasının (AES) dördüncü enerji blokunun sığınacağını vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, bu, yüksək partlayıcı başlığa malik pilotsuz uçuş aparatı olub. O, zərbə nəticəsində sığınacaqda yanğın baş verdyini, həmçinin sığınacağın zədələndiyini bildirib. Daha sonra yanğın söndürülüb.
“Hazırda radiasiya fonu artmayıb və buna daim nəzarət edilir. İlkin qiymətləndirmələrə görə, sığınacağa kifayət qədər ziyan dəyib”, - Zelenski əlavə edib.
O bildirib ki, sığınacaq Ukraynanın digər ölkələrlə əməkdaşlığı nəticəsində 1986-cı ildə partlayış nəticəsində dağılmış köhnə sığınacaq üzərində tikilib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də yerli vaxtla saat 01:50 radələrində partlayış səslərinin eşidildiyini təsdiqləyib. Hazırda MAQATE vəziyyətə nəzarəti davam etdirir.
Tələfat barədə məlumat yoxdur.