AZ

"Nürnberq"dən açıqlama verildi - Mahir komandadan ayrılırmı?

"Mahir Emrelinin komandanı tərk etməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı hücumçunun çıxış etdiyi "Nürnberq"in mətbuat xidmətinin rəhbəri Pia Lisa Kienel deyib.

O, Mahirin meydana çıxması ilə bağlı sualların baş məşqçinin qərarından asılı oldğunu bildirib:

"Mahir Emrelinin komandadan ayrılması xəbərləri, sadəcə, şayiədən ibarətdir. Biz şayiələrə heç bir cavab vermirik.

Futbolçu hazırda komanda ilə məşqləri davam etdirir. Növbəti oyuna çıxıb-çıxmayacağı barədə nəsə deyə bilmərik.

Bu, baş məşqçinin qərarıdır və oyundan iki saat öncə bildirilir.

Transfer məsələsinə gəlincə isə bu, açıq şəkildə oyunçularımızın hər birinə aiddir. Əgər elan ediləcək bir məlumat olarsa, klub bunu vaxtında edəcək", - deyə mətbuat katibi əlavə edib.

Mahirin karyerasını Cənubi Koreyada davam etdirəcəyi xəbərləri yayılıb.

Seçilən
11
sportinfo.az

1Mənbələr