1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağ Ev administrasiyası demokratlardan miras qalan "Avgi tövlələri"ni təmizləməyə davam edir. USAID və bir sıra dünya mediasının qeyri-qanuni pul almasının ifşasından sonra, növbə Azərbaycanda ermənipərəst mövqeyi ilə tanınan Kaliforniya ştatından olan konqresmen Nensi Pelosiyə çatıb.
Oxu.Az-ın verdiyi məlumata görə, İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəlilik Departamenti (DOGE) Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi barədə araşdırma aparılıb-aparılmaması ilə bağlı "X"də sual edib.
Nancy Pelosi’s annual salary is $174,000.
— DOGE NEWS- Department of Government Efficiency (@realdogeusa) February 13, 2025
Her estimated net worth is $240 MILLION.
Should DOGE investigate? pic.twitter.com/iMLJOHtBUP
"Nensi Pelosinin illik maaşı 174 000 dollardır. Onun xalis gəliri 240 milyon dollar qiymətləndirilir. DOGE araşdırma aparmalıdırmı?" - deyə paylaşımda soruşulur.
Həqiqətən də, bu, əbəs sual deyil. Pelosinin gah Ermənistana, gah da Tayvana qəribə səfərlərini nəzərə alsaq, bu, izah ola bilər.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Nensi Pelosinin 2022-ci ildə İrəvana səfərinin erməni vergiödəyicilərinə 120 milyon dollara başa gəldiyini bildirmişdi. Onun sözlərinə görə, Vaşinqtondakı erməni lobbiçiləri Ruben Vardanyanın bankı vasitəsilə Ermənistan dövlət xəzinəsindən 75 milyon dollar alıblar ki, bunun 50 milyon dolları Demokrat Partiyasına birdəfəlik ödəniş, qalan 25 milyon dollar isə 72 saatlıq uçuş və təhlükəsizlik rejimi ilə səfərin özünün dəyəridir.
Həmçinin xatırladaq ki, keçən il Miçiqandakı mitinqdə o zaman Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp Pelosi haqqında demişdi: "O, hiyləgər şəxsdir, qəddar, xəstə, dəli... oh, yox! Söz "q" ilə başlayır, amma mən bunu deməyəcəyəm! Amma demək istəyirəm".