AZ

Pərviz Türkanla küsməyindən DANIŞDI: “Demirəm ki, su qədər təmizəm...”

Meyxanaçı Pərviz Bülbülə keçmiş duet ortağı Türkan Vəlizadə ilə münasibətindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng” proqramında açıqlama verib.

Pərviz deyib ki, Türkanla əlaqələrini kəsməyiblər:

“Niyə danışmayaq? Bir şey deyim: su ilə cərəyan yola gedir? Getmir! Lakin su olmasa, cərəyan yana bilər? Bu, sən bilən küsmək deyil. Su olmasa, lampa heç vaxt yanmaz. Su şəffaflıq rəmzidir. Mən demirəm ki, su qədər təmizəm. Sadəcə, müqayisə edirəm ki, enerjini sudan alırlar. O nə qədər parlayırsa, kökündə su məsələsi var. Türkan bunu danmayıb. Dansa, əlaqəni kəssə, sönər. İnciyə bilər”.


Sara, Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr