AZ

Tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsi olan şirkətdə birləşmə!

"Palid Company" MMC şirkəti "Palıd-2015" MMC şirkətinə qoşulub.

Marja.az xəbər verir ki, "Palıd-2015" MMC, qoşulması nəticəsində şirkətin yenidən təşkil olunmasını, "Palid Company" MMC-nin isə ləğv olunmasını elan edib. 

“Palıd 2015” şirkəti 2015-ci ildən tikinti materialları və aksesuarlarının idxalı sahəsində fəaliyyət göstərir. “Palıd 2015” şirkəti - Egger, AGT, Lineplast, Yıldız Entegre və Albero kimi dünya miqyasında tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsidir. 

2015-ci ilin Dekabr ayında dövlət qeydiyyatına alınmış və 3 milyon 515 min 900 manat nizamnamə kapitalına malik olan  "Palıd-2015" MMC-nin qanuni təmsilçisi Mikayılov Emil Malik oğludur. Şirkətin hüquqi Samux rayonu, Ziyadlı kəndidir. 

2021-ci ilin May ayında dövlət qeydiyyatına alınmış və 100 manatnizamnamə kapitalına malik olan "Palid Company" MMC-nin qanuni təmsilçisi Əkbərov Emin Vasif oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev.86 m.79-dur. 

“Palıd 2015” MMC 2024-cü ilin sonunadək 10 manat nizamnamə kapitalına malik olub. Bu ilin yanvar ayında şirkətin nizamnamə kapitalı 3 milyon 515 min 900 manata qaldırılıb. Şirkətin hüquqi ünvanı da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov, ev 11-dən Samux rayonu, Ziyadlı kəndinə dəyişib. 

Mikayılov Emil Palıd-2015
Seçilən
11
marja.az

1Mənbələr