Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Milan"ı 1:0 hesabı ilə məğlub edən "Feyenoord"un müdafiəçisi Civayro Rid rəqibin ulduz futbolçusu Rafael Leaunu necə saxladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini " Football Italia" belə çatdırıb:
"O, elə də sürətli oyunçu deyil. Oyundan öncə videogörüntüləri izləmişdim və Leaudan nə gözləməli olduğumu bilirdim. Bundan başqa, stadiondakı ab-hava da bizə çox kömək etdi. Rafaelin diqqətini yayındırmağa yardımçı olduqları üçün azarkeşlərimizə minnətdaram".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 33 matça çıxan Leau 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Portuqaliya millisinin futbolçusunun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.
Nihat