Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən "Xəzər dənizi kuboku" (“Caspian Sea Cup”) beynəlxalq turnirində uğurlu çıxışını davam etdirir.
İdman.biz xəbər verir ki, o, əvvəlki oyunlarda olduğu kimi, 3-cü turda da qələbə qazanıb.
Rəsulov qara fiqurlarla iranlı Mani Cahedini məğlub edib.
Hesabında 3 xal olan qrossmeysterimiz turnir cədvəlinə başçılıq edir.
Yarışda 15 ölkədən 116 şahmatçı iştirak edir.
İdman.biz